"Qəbələ"nin ilk elita titulu

"Qəbələ"nin ilk elita titulu

Bu gün "Sumqayıt”ı Azərbaycan Kubokunun finalında yenən (1:0) "Qəbələ” ilk titulunu qazanıb.

 

 

Fanat.Az-ın məlumatına görə, 2005-ci ildən indiki adı ilə elitada oynayan "qırmızı-qaralar” indiyə qədər belə uğura sevinməyib. Bunadək 3 dəfə final oynamasına baxmayaraq uduzan bölgə təmsilçisinin elitada çempionluğu da yoxdu.

Sözügedən "Gilan” adı altında 1-ci divizionda 2005/06 mövsümünün qalibi olduğunu da nəzərə alsaq, Naxçıvan Muxtar Respublika stadionunda qazanılan kubok qəbələlilərin ilk elita tituludu.

 

Qeyd edək ki, "Qəbələ" ardıcıl 6-cı dəfə ölkəmizi Avroliqada təmsil edəcək. Sənan Qurbanovun yetirmələri mübarizəyə II təsnifat mərhələsindən start verəcək. Bu mərhələnin matçları iyulun 25-də və avqustun 1-də baş tutacaq.Artıq "Qəbələ”nin püşkatma mərasimində hansı səbətdə yer alacağı da bəllidi. UEFA reytinqində əmsalı 6,250-ə bərabər olan "qırmızı-qaralar” səpələnmişlər səbətində yer alacaq.

 

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər