"Qəbələ” yanvarın 4-də 2019/20 mövsümünün ikinci yarısının hazırlığına start verəcək.
Fanat.Az kluba istinadla xəbər verir ki, "qırmızı-qaralar” Bakıda bir araya gələcəklər.
Elmar Baxşıyevin rəhbərliyi ilə baş tutacaq 2020-ci ilin ilk məşqi günün ikinci yarısında gerçəkləşəcək. Komanda üzvləri Bakı Olimpiya Stadionunda məşq edəcəklər.
Hazırlıq prosesinin paytaxtda baş tutacaq ilk mərhələsi yanvarın 11-də yekunlaşacaq. Bakı toplanışı çərçivəsində yoxlama oyununun keçirilməsi də nəzərdə tutulub.
Fanat.Az