"Qəbələ"nin hücumçusu İsrail klubu ilə anlaşdı

"Qəbələ"nin hücumçusu İsrail klubu ilə anlaşdı
"Qəbələ" ilə yollarını ayırmağa hazırlaşan Ceyms Adeniyinin yeni klubu müəyyənləşib.
 
Fanat.Az xəbər verir ki, bu barədə "sport5.co.il" məlumat yayıb. 
 
Nəşrin xəbərinə görə, nigeriyalı hücumçu İsrailin "Hapoel" (Kiryat-Şimona) klubu ilə anlaşıb.
Hazırda klublar arasında keçidin son detalları müzakirə olunur. 29 yaşlı forvardın qısa zamanda İsrailə uçacağı və Kiryat-Şimona təmsilçisinə qoşulacağı bildirilib.
Müqavilənin detalları barədə əlavə məlumat verilməyib.
Qeyd edək ki, 2019/2020 mövsümünü icarə əsasında "Hapoel"də keçirmiş Adeniyinin "Qəbələ" ilə bu ilin yayınadək sözləşməsi var.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər