İbrahima Niasse "Qəbələ"dən ayrıla bilər.
Fanat.Az sport24.gr saytına istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçini Yunanıstanın "Lamiya" klubu heyətinə qatmaq istəyir. Məlumata görə, senaqallı futbolçu keçidin baş tutması üçün səfər vizasının hazırlanmasını gözləyir.
Qeyd edək ki, İbrahima Niasse 2012/13 mövsümündə "İnter"də (hazırkı "Keşlə"), 2013/14 mövsümündə isə "Qəbələ"də çıxış edib. Afrikalı oyunçu 2019-cu ilin oktyabrında yenidən "Qəbələ"yə qayıdıb. O, cari mövsümdə 5 oyunda meydana çıxıb və 1 qol ötürməsi verib.
Fanat.Az