"Qəbələ"nin futbolçusu olmaq istəyənlərin nəzərinə

"Qəbələ"nin futbolçusu olmaq istəyənlərin nəzərinə
"Qəbələ” Futbol Akademiyası aşağı yaş qruplarına qış seçimləri elan edir.
Fanat.Az xəbər verir ki, seçimlər Qəbələ şəhər stadionunda 2019-cu il yanvarın 12-də 2002-2010-cu il təvəllüdlü futbolçular arasında keçiriləcək. Seçimlərdə iştirak etmək istəyən futbolçular qeydiyyatdan keçmək üçün aşağıda göstərilən əlaqə nömrəsinə və ya email ünvanına adını, soyadını və doğum tarixini göndərməli, seçimlərə gələrkən şəhadətnamə və ya şəxsiyyət vəsiqələrinin surətini gətirməlidirlər.
Tel: 050 290 00 63, 055 511 39 65 
Seçim tarixi: 
Qəbələ Şəhər Stadionu 
12 yanvar – 2002, 2003, 2004, 2005, 2006, 2007, 2008, 2009, 2010-cu il təvəllüdlü futbolçular 
Seçimlər saat 10:00-da başlayacaq. İlkin seçim mərhələsində göstərilən təvəllüdlərə uyğun istənilən şəxs iştirak edə bilər. 
Əgər sən də özündə futbolçu istedadı hiss edirsənsə, seçimlərə qatıl. Qələbəyə "Qəbələ” ilə addımla!!!
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər