"Qəbələ"nin futbolçusu millidən kənarlaşdırıldı

"Qəbələ"nin futbolçusu millidən kənarlaşdırıldı
Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. 
Fanat.Az xəbər verir ki, "Qəbələ”dən dəvət edilən Sərxan Mirzəzadə zədə səbəbindən hazırlıq prosesindən kənarlaşdırılıb. Onun əvəzində "Neftçi”dən Əfqan Nuriyev toplanışa dəvət olunub.
Qeyd edək ki, U-16-nın oktyabrın 22-dək Bakıda, ayın 22-dən 25-dək Moldovada təlim-məşq toplanışı olacaq. Hazırlıq müddətində komanda oktyabrın 23-də və 25-də Moldovanın müvafiq yaş qrupundan ibarət yığması ilə yoldaşlıq oyunları keçirəcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər