"Qəbələ"nin futbolçusu Kiyevdə əməliyyat olunacaq

"Qəbələ"nin futbolçusu Kiyevdə əməliyyat olunacaq
Premyer Liqanın VI turunda "Qəbələ”nin evdə "Neftçi”yə 0:3 hesabı ilə uduzduğu oyunda zədələnən Rasim Ramaldanov sabah Ukrayna paytaxtı Kiyevdə diz nahiyəsindən əməliyyat olunacaq.
Fanat.Az əyalət təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı mərkəz müdafiəçisinin çarpaz bağları qopub.
Onun hansı müddətə sıradan çıxdığı açıqlanmasa da, onun ili başa vurduğu təxmin edilir.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər