“Qəbələ”nin daha bir yetirməsi Çexiya klubunda

“Qəbələ”nin daha bir yetirməsi Çexiya klubunda
"Qəbələ Futbol Akademiyası"nın yetirməsi Samir Qurbanov karyerasını Çexiyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə futbolçunun meneceri Vaqif Heydərli sosial şəbəkə hesabında məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçi "Viktoriya Jijkov" klubu ilə iki illik müqavilə imzalayıb.
Qeyd edək ki, Samir Qurbanov Azərbaycanın U-19 yığma komandasının üzvüdür.
Xatırladaq ki, hazırda "Qəbələ”nin digər yetirməsi Fərid Nəbiyev də Çexiyada legioner həyatı yaşayır. O, "Slaviya” (Praqa) klubunda çıxış edir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər