"Qəbələ"nin 16 yaşlı cüdoçusu bürünc medal qazandı

"Qəbələ"nin 16 yaşlı cüdoçusu bürünc medal qazandı
Azərbaycanın və "Qəbələ” İdman Klubunun cüdoçusu Gülşən Bəşirova Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında uğurla çıxış edib.
 
Fanat.az xəbər verir ki, klubun yetirməsi olan gənc cüdoçu 44 kq çəkidə qüvvəsini sınayıb.
Bəşirova ilk mərhələdə Mariya Qonzalesə (İspaniya) qalib gəldikdən sonra Anastasiya Balabana (Bolqarıstan) məğlub olub. 
Gülşən təsəlliverici qarşılaşmada polşalı Natalya Stoklosanı mübarizədən kənarlaşdırıb. Cüdoçumuz 3-cü yer uğrunda görüşdə hollandiyalı Joşlin Supusepa ilə üz-üzə gəlib. Yarışda 3-cü qələbəsini qazanan Bəşirova festivalın bürünc mükafatına yiyələnib.
Qəbələnin Abrıx kəndindən olan istedadlı cüdoçu 16 yaşını bu ilin fevralında qeyd edib. O, "Qəbələ” İdman Klubunun rayon bölməsinin yetirməsidir.  
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər