"Qəbələ"li "Keşlə"lini Afrikada yendi

"Qəbələ"li "Keşlə"lini Afrikada yendi

"Qəbələ”nin legioneri Lalavele Atakora Toqo millisində növbəti oyununu keçirib.

 

Fanat.Az xəbər verir ki, yarımmüdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində meydana çıxıb. O, D qrupunun 4-cü turunun Qambiya ilə səfər oyununda top qovub.

Qambiya yığmasının heyətində isə Topaz Premyer Liqasında çıxış edən daha bir futbolçu - "Keşlə”nin şərəfini qoruyan Ebrima Sohna da bu matçın iştirakçısı olub.

Hər iki futbolçu start heyətdə meydana çıxıb. Qarşılaşma isə Toqonun səfər qələbəsiylə başa çatıb - 1:0.

Bu komandalar arasında oktyabrın 12-də Toqoda baş tutan ilk görüşdə qalib müəyyənləşməmişdi - 1:1. Lalavele və Sohha həmin matçda da bir-birinə qarşı oynamışdı.

Dörd oyundan sonra hesabında 5 xal olan Toqo 3-cü, 2 xala malik Qambiya isə sonuncudu.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər