"Qəbələ"dən növbəti transfer - RƏSMİ

"Qəbələ"dən növbəti transfer - RƏSMİ
"Qəbələ” növbəti transferini həyata keçirib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki,2019-cu ilin sonlarından "qırmızı-qaralar”ın düşərgəsində baxışda olan Yaovi Akakpo ilə 2.5 illik müqavilə imzalanıb. Toqolu yarımmüdafiəçi 2022-ci ilin yayına qədər komandanın formasını geyinəcək.
Qeyd edək ki, 21 yaşlı afrikalı buna qədər vətənində çıxış edib. O, "Pumas” klubunun şərəfini qoruyub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər