“Qəbələ”dən mövsüm rekordu: 13 cavabsız qol

“Qəbələ”dən mövsüm rekordu: 13 cavabsız qol
AFFA-nın aşağı yaş qrupundan olan komandaların arasında keçirdiyi liqalarda növbəti oyunlar keçirilib. Fanat.az xəbər verir ki, U-19 liqasında XVIII tur yeni rekordla əlamətdar olub. 
Səfərdə “Rəvan”la qarşılaşan “Qəbələ” 13:0 hesabı ilə qalib gəlib. Rəqib ötən mövsüm bu yaş qrupu üzrə ölkə çempionu olsa da, “qırmızı-qaralar” liqada mövsümün ən böyükhesablı qələbəsini qazanıb. Əvvəlki rekord da məhz “Qəbələ”yə məxsus idi. Komanda AZAL-a 7 cavabsız qol vurmuşdu. 16 oyunda 43 xal toplayan U-19 yarışın vahid lideridi. (gabalafc.az)
Səfərdə keçirdiyi son turda “Neftçi” İK İB-i 5:1 hesabı ilə məğlub edən "Qəbələ"nun U-16 komandası da eyni rekordun sahibidi. “Qırmızı-qaralar” hələ ötən tur evdə AZAL-ı 13:0 yenmişdi. U-19 kimi U-16-nın da 13 cavabsız qolla qələbəsi mövsümün rekordudu. I turda “Kəpəz”i 12:0 hesabı ilə məğlub edən “qırmızı-qaralar” özünün rekordunu yeniləyib. Keçirdiyi 24 matçın hamısında qalib gələn “Qəbələ” artıq çempionluğu indidən təmin edə bilər. Bunun üçün ya komand növbəti turda qalib gəlməli, ya da liderə çatmaq imkanı olan “Əlincə” təxirə salınmış oyunlarından birində uduzmalıdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər