"Qəbələ"dən "Gilan Holdinq"lə bağlı AÇIQLAMA

"Qəbələ"dən "Gilan Holdinq"lə bağlı AÇIQLAMA
Bugünlərdə mətbuatda "Gilan Holdinq"in "Qəbələ"yə sponsorluğu dayandıracağı haqda məlumat yayılıb. Təbii ki, bölgə təmsilçilərindən biri, "Qəbələ"nin bu halla üzləşməsi heç də futbolumuz adına yaxşı olmayacaq.
 
Ölkə futboluna az-çox xeyri dəyən komandalardan olan, öz akademiyasının hesabına futbolçular yetişdirən və yığmamıza, klublarımıza bəxş edən Qəbələ təmsilçisinin yanvarın 1-dən etibarən "Gilan Holdinq"in sponsorluğundan məhrum olacağı bilirilir.
Məsələ ilə bağlı "Qəbələ"nin baş meneceri Zaur Əzizov Sport7.az-a açıqlamasında bunları söylədi: "Həmişəki kimi normal qaydada davam edirik. Bizdə belə bir məlumat yoxdu. Ümumiyyətlə, kluba bu haqda xəbərdarlıq olunmayıb".
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər