"Qəbələ"dən 5 qol

"Qəbələ"dən 5 qol
"Qəbələ” milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilə dövründəki hazırlıqlarını davam etdirir. 
Fanat.Az xəbər verir ki, "qırmızı-qaralar” Qəbələ şəhər stadionunda gerçəkləşən ilk mərhələni başa vurub. 
Sənan Qurbanovun baş məşqçisi olduğu komanda doğma arenadakı hazırlıq çərçivəsində yoxlama oyununda qüvvəsini sınayıb. "Qəbələ” klubun U-19 komandasını sınağa çəkib. 
 
Qarşılaşma əsas komandanın 5:0 hesablı qələbəsi ilə başa çatıb. Adeniyinin het-trik etdiyi matçda digər qollara Rauf Əliyevlə Stiven Monroz imza atıb.
Bu oyunla Qəbələ hazırlığın yekunlaşdıran "qırmızı-qaralar” Bakıya yollanıb. 
Xatırladaq ki, "Qəbələ” 12-ci turun noyabrın 24-də keçiriləcək oyununda səfərdə "Keşlə” ilə üz-üzə gələcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər