Qəbələdə qolf meydançasından, İsmayıllıda Olimpiya Kompleksindən oğurluq edildi

Qəbələdə qolf meydançasından, İsmayıllıda Olimpiya Kompleksindən oğurluq edildi
Qəbələ rayonunda qolf meydançasının ərazisindən oğurluq edən şəxs saxlanılıb.
Bu barədə Fanat.Az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki qolf meydançasının ərazisindən 670 manat dəyərində inşaat materiallarını oğurlamaqda şübhəli bilinən oranın gözətçisi P.Məmmədov və şəhər sakini M.Şeydayev saxlanılıblar.
İsmayıllı rayonunda isə Olimpiya İdman Kompleksindən müxtəlif idman ləvazimatları, idman velosipedləri və idman döşəkçələri oğurlanıb. 
"Report"un məlumatına görə, hadisə ilə bağlı araşdırma aparılır.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər