"Qəbələ"də baş məşqçi dəyişikliyi baş verib

"Qəbələ"də baş məşqçi dəyişikliyi baş verib
"Qəbələ"nin baş məşqçi postunda sənəd üzərində dəyişiklik baş verib.
Bu addım UEFA-nın Lisenziyalaşdırma tələblərinə uyğun olaraq atılıb.
Komandanın baş məşqçisi Sənan Qurbanovun Pro lisenziyası olmadığından, bu vəzifənin icraçısı kimi rəsmi sənədlərdə Pro kateqoriyalı köməkçi-məşqçi Zaur Həşimov göstəriləcək.
Lakin iş bölgüsündə hər hansı dəyişiklik aparılmayacaq. Yenə Qurbanov baş məşqçi, Həşimov məşqçi səlahiyyətlərinə malik olacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər