Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XXIII tura yekun vurulub. Fanat.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.
"Qarabağ" səfər oyununda "İnter"ə 3:0 hesabı ilə qalib gəlib. Ağdamlıların əsas heyətinin üzvü Əl Hərbi Əl Jadeyui bu oyunda forma geyinib və 33-cü dəqiqədə penaltidən qol vurub.
"Zirə" ev oyununda "Neftçi"ni 2:1 hesabı ilə yenib. AZAL "Rəvan"ı darmadağın edib - 3:0. "Kəpəz" - "Sumqayıt" matçında isə qalib müəyyənləşməyib - 1:1.
Tura bu gün keçirilən "Qəbələ" - "Xəzər Lənkəran" matçı ilə yekun vurulub. 7 qolun qeydə alındığı oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 6:1.
Əvəzedici heyətlər
2015/16 mövsümü
XXIII tur
25 fevral
İnter - Qarabağ 0:3
Qollar: Əl Hərbi Əl Jadeyui, 33-pen. Mahir Mədətov, 80; 88.
Zirə - Neftçi 2:1
Qollar: Tərzin Cahangirov, 12. Sənan Əbilov, 34 (avtoqol) - Bilal Qənbərov, 51.
AZAL - Rəvan 3:0
Qollar: Aydın Qasımov, 21. Elmin Çobanov, 53. Məhəmməd Quliyev, 64.
Kəpəz - Sumqayıt 1:1
Qollar: Nicat Əliyev, 3 - Şahin Əliyev, 74.
27 fevral
Qəbələ - Xəzər Lənkəran 6:1
Qollar: Vadim Abdullayev, 29; 89. Roman Hüseynov, 43. Əli Əliyev, 46 (avtoqol). Rövlan Muradov, 85. Ülvi İsgəndərov, 87 - Bayram Budaqov, 27.
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | Qəbələ | 23 | 16 | 1 | 6 | 53-24 | 49 | |
| 2 | Sumqayıt | 23 | 12 | 7 | 4 | 46-24 | 43 | |
| 3 | Qarabağ | 23 | 10 | 7 | 6 | 33-20 | 37 | |
| 4 | Neftçi | 23 | 11 | 4 | 8 | 51-33 | 37 | |
| 5 | Zirə | 23 | 10 | 5 | 8 | 31:35 | 35 | |
| 6 | Kəpəz | 23 | 9 | 8 | 6 | 28-29 | 35 | |
| 7 | Rəvan | 23 | 9 | 2 | 12 | 32-34 | 29 | |
| 8 | İnter | 23 | 6 | 3 | 14 | 33-49 | 21 | |
| 9 | Xəzər Lənkəran | 23 | 6 | 2 | 15 | 29-60 | 20 | |
| 10 | AZAL | 23 | 5 | 3 | 15 | 25-53 | 18 | |
|
Bombardirlər | Ehtiram Şahverdiyev (Qəbələ) - 14. Şahin Əliyev (Sumqayıt) - 11. Mirabdulla Abbasov (Neftçi), Ramil Mansurov (Qəbələ) - 10. | |||||||
Fanat.az