Sabiq komandası Kamran Quliyevin siftəsini korladı

Sabiq komandası Kamran Quliyevin siftəsini korladı

Topaz Premyer Liqasında XVI tur start götürüb. Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Əvvəlcə "Qəbələ" "Zirə"ni sınağa çəkib. "Qırmızı-qaralar" cari mövsümdə yenə bilmədiyi rəqibi ilk dəfə məğlub edib. Hesabı "Zirə" açsa da, "Qəbələ" iki qol vuraraq qələbəni bayram edib. Bununla Roman Qriqorçukun komandası ikinci pillədəki mövqeyini gücləndirərək çempionluq şanslarını artırıb. Bakı təmsilçisi isə çempionluq yoluqda ağır zərbə alıb.
Günün ikinci oyununda "Neftçi" "Sumqayıt"ın qonağı olub. Ötən gün "Sumqayıt"dan istefa verərək "Neftçi"nin prezidenti təyin olunan Kamran Quliyevin yeni klubundakı ilk oyunu sabiq klubuna qarşı idi. Bu komandalar 4-cü yer uğrunda mübarizə aparır. "Neftçi" bu oyunda qələbə qazanmaqla 4-cü pilləyə yüksələ bilərdi. Amma "Neftçi" həm bu şansı itirib, həm də yeni prezidentinə ilk oyunda qələbə sevinci bəxş edə bilməyib. 4 dəqiqədə iki qol vuran "Sumqayıt" 4-cü pillədəki yerini möhkəmləndirib. Üstəlik, "Neftçi"dən Rəşad Sadiqov qırmızı vərəqə alaraq "Zirə" ilə oyun ərəfəsində komandasını çətin vəziyyətdə qoyub.
Qeyd edək ki, turun qalan iki oyunu sabah keçiriləcək. "Keşlə" "Kəpəz"in, "Qarabağ" isə "Səbail"in qonağı olacaq.
 
Premyer Liqa

2017/18 mövsümü

III dövrə, XVI tur

17 fevral

Qəbələ - Zirə 2:1

Qollar: Stiven Monroz, 56. Baqali Dabo, 64 - Aleksand Dedov, 39. 

Qəbələ: 22. Dmitri Bezotosnı, 8. Qismət Alıyev, 15. Vitali Vernidub, 34. Ürfan Abbasov, 33. Təmkin Xəlilzadə, 10. Ruslan Qurbanov, 28. Stiven Monroz, 19. Filip Ozobiç, 16. Dion Malon, 14. Cavid Hüseynov (k), 9. Baqali Dabo.
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 6. Elvin Məmmədov, 11. Asif Məmmədov, 29. Hacıağa Hacıyev, 32. Amin Seydiyev, 74. Yusif Nəbiyev, 45. Famussa Kone.
Baş məşqçi: Roman Qriqorçuk.
Zirə: 85. Kamal Bayramov (k), 4. Vüqar Mustafayev, 5. Adil Nağıyev, 9. Aleksandr Dedov, 14. Tellur Mütəllimov, 17. Vüsal İsgəndərli, 18. Yani Urdinov, 23. Yovan Krneta, 38. İlkin Muradov, 29. Evans Uilyams, 43. Riçard Qadze. 
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 7. Sadio Tounkara, 8. Milan Duriç, 10. Orxan Əliyev, 11. Viktor İqbekoyi, 13. Aleksandr Şemonayev, 16. İbrahim Aslanlı, 39. Sadiq Quliyev, 57. Kənan Zülfüqarov, 77. Mirsahib Abbasov, 88. Elşən Abdullayev.
Baş məşqçi: Ayxan Abbasov.
Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Knyaz Əmiraslanov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
İlk iki dövrədəki oyunlar - 1:1, 1:2. 

Qəbələ şəhər stadionu.

 

Sumqayıt - Neftçi 2:0

Qollar: Tural Axundov, 13-peb. Amil Yunanov, 17.

Sumqayıt: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov (k), 5. Vüqar Bəybalayev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov.

Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 6. Kamal Mirzəyev, 7. Cavid Tağıyev, 8. Camal Camalov, 17. Nicat Qurbanov, 25. Süleyman Əhmədov, 39. Tural Bayramlı, 70. Ülvi İsgəndərov, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Samir Abasov.
Neftçi: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 6. Rəşad Sadiqov, 15. Ruslan Abışov (k), 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov, 10. Derlis Meza Kolli, 11. İqnasio Herrera, 19. Fransisko Qarsiya, 17. Rəhman Hacıyev, 22. Mirabdulla Abbasov.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 7. Namiq Ələsgərov, 20. Elnur Süleymanov, 77. Elvin Sərkərov, 3. Fərid Abbaslı, 9. Lukas Qomes, 25. Kiril Petrov, 26. Ömər Buludov, 12. Mayk Kampaz.
Baş məşqçi: Tərlan Əhmədov.
Qırmızı vərəqə: Rəşad Sadiqov, 60.

Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Rza Məmmədov, Rəhim Həsənov.

AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Asim Xudiyev.
İlk iki dövrədəki oyunlar - 1:0, 1:2. 

"Kapital Bank Arena".

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

15

12

2

1

25:6

38

2

Qəbələ

16

11

2

3

30:15

35

3

Zirə

16

9

4

3

25:14

31

4

Sumqayıt

16

7

3

6

20:18

24

5

Neftçi

16

6

1

9

18:18

19

6

Səbail

15

4

2

9

10:22

14

7

Keşlə

15

2

3

10

10:25

9

8

Kəpəz

15

2

1

12

10:30

7

Bombardirlər

Baqali Dabo (Qəbələ) - 10. Mahir Mədətov (Qarabağ), Riçard Qadze (Zirə), Amil Yunanov (Sumqayıt) - 6.

   
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər