"Qəbələ" - "Zirə" matçını FİFA referisi idarə edəcək

"Qəbələ" - "Zirə" matçını FİFA referisi idarə edəcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında 7-ci turun iki oyunu üçün bütün təyinatlar müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, turun açılış matçında “Səbail” “Keşlə”ni qəbul edəcək. 

Bakı təmsilçilərinin oyununu Rauf Cabbarov idarə edəcək.   “Qəbələ” – “Zirə” qarşılaşması isə FİFA referisi Əliyar Ağayevə tapşırılıb.   Azərbaycan Premyer Liqası 7-ci tur 16 oktyabr   Səbail – Keşlə Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Nahid Əliyev, Rəşad Əhmədov. Hakim-inspektor: Ramil Diniyev. AFFA nümayəndəsi: Seymur Səlimli. Bakı. “ASCO Arena”, 15:00.   Qəbələ – Zirə Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli. Hakim-inspektor: İmanxan Sultani. AFFA nümayəndəsi: Erkin Hüseynov. Qəbələ şəhər stadionu, 17:00.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər