"Qəbələ" öz şəhərində toplaşmadı

"Qəbələ" öz şəhərində toplaşmadı

Türkiyə toplanışını bitirəndən sonra ikigünlük istirahətdən faydalanan "Qəbələ”nin futbolçuları dünən bir araya gəlib. Eyni adlı şəhərin təmsilçisi Bakıda toplaşıb.

Fanat.Az klubun saytına istinadən xəbər verir ki, bölgə təmsilçisi Azərbaycan Premyer Liqasının XV turunun oyununa - "Keşlə” ilə matçın hazırlığına paytaxtda start verib. Elmar Baxşıyevin komandası fitnes zalında hazırlıq keçib. Futbolçular müxtəlif fiziki təmrinlərini yerinə yetiriblər. "Qəbələ”nin növbəti məşqi Bakı Olimpiya Stadionunda reallaşacaq.

Xatırladaq ki, fevralın 2-də keçiriləcək "Qəbələ” – "Keşlə” matçı saat 15:00-da başlayacaq. Oyun Qəbələ şəhər stadionunda keçiriləcək.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər