Xaqani Məmmədov "Qəbələ"nin əsas komandasında

Xaqani Məmmədov "Qəbələ"nin əsas komandasında
"Qəbələ” futbol komandasının məşqçilər korpusunda dəyişiklik edilib.
Fanat.az xəbər verir ki, klubun akademiyasında çalışan Xaqani Məmmədov fəaliyyətini əsas komandada davam etdirəcək. 44 yaşlı mütəxəssis "qırmızı-qaralar”ın məşqçisi təyin olunub.
2012-ci ildən "Qəbələ”nin futbol akademiyasında məşqçi kimi çalışan Məmmədov bu müddətdə müxtəlif yaş qrupu üzrə komandalarda fəaliyyət göstərib. Onun baş məşqçisi olduğu U-16 2019/2020 mövsümündə çempion adını qazanıb.
Futbolçu kimi Azərbaycan milli komandasının da şərəfini qorumuş (1997 - 2008) Məmmədov karyerası ərzində "Neftçi”, "Xəzər” (Sumqayıt), MOİK, "ANS-Pivani”, "Şəmkir”, "Maşınsazi” (İran), "Xəzər Lənkəran”, "Olimpik”, "İnter” və "Karvan”ın formasını geyinib. O, 2007/2008 mövsümündə Premyer Liqanın ən yaxşı bombardiri adını qazanıb. 
Qeyd edək ki, bunadək Elmar Baxşıyevin başçılıq etdiyi məşqçilər korpusunda yer alan Azər Bağırovun "Qəbələ”dəki fəaliyyəti başa çatıb. 2019-cu ilin oktyabrından klubda çalışan məşqçi 2019/2020 mövsümündə əsas komandada məşqçi kimi fəaliyyət göstərib.
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər