2019/20 mövsümünün ikinci yarısının hazırlıqlarını sürdürmək üçün dünən Türkiyəyə yollanan "Qəbələ” Antalya toplanışına start verib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar” qardaş ölkədəki hazırlıq prosesinin ilk günündə bir məşqlə kifayətləniblər. Hazırlıq prosesi günün ikinci yarısına təsadüf edib. Elmar Baxşıyevin rəhbərliyi altında baş tutan məşqdə futbolçular topsuz və toplu çalışmaları yerinə yetiriblər. Zədədən sonra bərpa prosesi keçən Rasim Ramaldanov tağımdan ayrı çalışıb.
Fanat.Az