"Qəbələ" "Səbail"i sınağa çəkdi

"Qəbələ" "Səbail"i sınağa çəkdi
Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilə dövründə hazırlıqlarını davam etdirən klublarımız yoldaşlıq görüşü keçirib.
 
Fanat.Az xəbər verir ki, "Qəbələ" Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında "Səbail"lə qarşılaşıb.
 
Bu görüşdə bölgə təmsilçisi 1:0 hesablı qələbə qazanıb. Yeganə qola Nikolas Raysel imza atıb. 
"Səbail" Premyer Liqanın 2-ci turunda "Zirə" ilə qarşılaşacaq. Görüş sentyabrın 12-də baş tutacaq. "Qəbələ” isə növbəti oyununu sentyabrın 13-də "Sabah”a qarşı keçirəcək.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər