"Qəbələ" Rusiya klubuyla bərabərə qaldı

"Qəbələ" Rusiya klubuyla bərabərə qaldı

Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən "Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.

 

Fanat.Az xəbər verir ki, "qırmızı-qaralar” Rusiyanın "Yenisey” klubu ilə üz-üzə gəlib.

Matç "Cornelia Diamond” otelinin meydançasında baş tutub. Start fiti Bakı vaxtı ilə saat 18:00-da verilən qarşılaşmada 2 dəfə önə keçən təmsilçimiz yekunda bərabərliyə razılaşıb.

Bu matç "Qəbələ”nin Antalyada ikinci sınağı olub. Sənan Qurbanovun yetirmələri ilk oyununda Almaniyanın "Meppen” klubu ilə görüşüb. Qarşılaşma "qırmızı-qaralar”ın 1:2 hesablı məğlubiyyəti ilə bitib.

 

Yoxlama oyunu

20 yanvar

Qəbələ” – "Yenisey” (Rusiya) 2:2

Qol: Rauf Əliyev,52, Sabien Lilay, 73-pen

"Qəbələ”:22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 27. Bəhlul Mustafazadə, 23. Amin Seydiyev, 34. Ürfan Abbasov, 4. Elvin Camalov, 14. Cavid Hüseynov, 17. Ceyms Adeniyi, 28. Stiven Monroz, 10. Rauf Əliyev, 99.Davit Valkovi

 

"Cornelia Diamond” otelinin meydançası

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər