"Qəbələ"nin Rusiya klubu ilə oyunu təxirə salındı

"Qəbələ"nin Rusiya klubu ilə oyunu təxirə salındı

Mövsümün qalan bölümünə Türkiyədə hazırlaşan "Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirməyi planlaşdırmışdı.

 

 

Fanat.Az xəbər verir ki, bölgə təmsilçisi Antalyadakı hazırlıq çərçivəsində 3-cü sınağına çıxacaqdı. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda Rusiyanın 1-ci divizion təmsilçisi "Fakel”lə görüşəcəkdi.

"Arkadia” otelinin meydançasında baş tutacaq görüş güclü leysan üzündən təxirə salınıb.

"Qəbələ” bunadək Almaniyanın "Meppen” (1:2) və Rusiyanın "Yenisey” (2:2) klubları ilə gücünü sınayıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər