"Qəbələ" qalib gəldi, "Zirə" xal itirdi

"Qəbələ" qalib gəldi, "Zirə" xal itirdi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha iki oyunu keçirilib.

Fanat.Az xəbər verir ki, günün ilk oyununda "Qəbələ" "Keşlə"ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bölgə təmsilçisinin qollarını 50-ci dəqiqədə Merab Giqauri, 70-ci dəqiqədə isə Rafael Utriq vurub.

Bu komandalar arasında çempionatdakı 50-ci görüş olub. 14 dəfə "Qəbələ", 18 dəfə "Keşlə" 3 xal əldə edib. 18 oyunda heç-heçə qeydə alınıb. Topların fərqində də paytaxt təmsilçisi üstündür - 65:50.

Sənan Qurbanov "Keşlə"nin yeni baş məşqçisi kimi çempionatda debüt oyununu məhz keçmiş komandası "Qəbələ"yə qarşı keçirib. O, 2019/20 mövsümünün III turunda evdə elə "Keşlə" klubuna 0:4 hesabı ilə uduzduqları görüşdən sonra əyalət komandasından istefa vermişdi. 2019-cu il 31 avqusta təsadüf etmiş görüşdən sonra Qurbanov işsiz idi. 40 yaşlı mütəxəssis "Keşlə"yə yanvarın 25-də baş məşqçi təyin olunub.

Turun sonuncu matçında "Zirə" "Sabah"ı qəbul edib. Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. "Sabah"ın heyətində Kevin Kubemba 9-cu dəqiqədə hesabı açıb. 79-cu dəqiqədə Davit Volkov bərabərlik qolunu vurub. Kubemba 82-ci dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. 90+3-cü dəqiqədə isə Klesio Bauk növbəti dəfə tarazlığı bərpa edib.
Bu nəticədən sonra "Sabah" 14-cü xalını qazanaraq 6-cı pilləyə yüksəlib. "Zirə" isə 24 xalla 3-cü sırada qərarlaşıb.
 
Rəqiblər Premyer Liqada 10-cu dəfə qarşılaşıb. 10 duelin 3-də "Zirə", 5-də isə "Sabah" qələbə qazanıb. Topların fərqində isə "Sabah"ın minimal hesablı üstünlüyü var - 13:12. "Zirə" son 7 matçda yalnız 1 dəfə uduzub. Zirədəki oyunların hamısında eyni sayda - 2 qol vurulub.

 

Qeyd edək ki, turun ilk oyun günündə "Sumqayıt" evdə "Səbail"i 3:0, "Neftçi" səfərdə "Qarabağ"ı 2:1 hesabı ilə yenib.

Premyer Liqa

2020/21 mövsümü

III dövrə, XV tur

14 fevral

Qəbələ - Keşlə 2:0

Qollar: Merab Qiqauri, 50. Rafael Utriq, 70.

Qəbələ: 1. Anar Nəzirov (k), 11. Asif Məmmədov, 28. Murad Musayev, 9. Ehtiram Şahverdiyev, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 23. Rafael Utriq, 10. Rövlan Muradov, 71. Rüfət Əhmədov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Rasim Ramaldanov, 74. Yusif Nəbiyev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 14. Cavid Hüseynov, 99. Ceyms Adeniyi, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı.
Baş məşqçi: Elmar Baxşıyev.
Keşlə: 1. Stanislav Namaşko, 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev (k), 21. Miyusko Boyoviç, 10. Sezar Meza Kolli, 91. Sadio Tonkara, 9. Anatole Abanq, 29. Yevgeni Koçuk, 99. Rafael Məhərrəmli.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 11. Silvio Rodriges, 14. Turan Vəlizadə, 79. Bahadur Həziyev, 78. Şirin Şirinov.
Baş məşqçi: Sənan Qurbanov.
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Nahid Əliyev, Rəhim Həsənov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu.

Zirə - Sabah 2:2

Qollar: Davit Volkov, 79. Klesio Bauk, 90+3 - Kevin Kubemba, 9; 82.

Zirə: 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov (k), 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 9. Davit Volkov, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 29. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 10. Ağabala Ramazanov, 2. Sərtan Taşkın, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 99. Filipe Paxtman, 21. Hacıağa Hacılı, 20. Əli Şirinov, 77. Cəlal Hüseynov, 6. Ayxan Süleymanlı.
Baş məşqçi: Rəşad Sadıqov.
Sabah: 12. Alvaro Villete, 14. Slavik Alxasov, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 13. Filip İvanoviç (k), 23. Amadu Diallo, 28. Kevin Kubemba, 30. Mario Marina, 26. Fofana Tiemoko, 2. Amin Seydiyev, 6. Şakir Seyidov.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 31. Rüstəm Samiqullin, 7. Coşqun Diniyev, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 90. Ramil Şeydayev, 9. Xulio Sezar Rodriges, 48. Dmitro Klots, 38. Arsen Ağcabəyov, 77. Veysəl Rzayev.
Baş məşqçi: Visente Qomes.

Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Rahil Ramazanov, Rauf Allahverdiyev.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Bəhram Qurbanov.

Zirə İdman Kompleksinin stadionu.

 

 

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Neftçi

15

9

3

3

20:16

30

2

Qarabağ

15

8

5

2

38:13

29

3

Zirə

15

6

6

3

20:16

24

4

Sumqayıt

15

6

4

5

20:20

22

5

Qəbələ

15

4

6

5

15:22

18

6

Sabah

15

4

2

9

16:21

14

7

Səbail

15

3

4

8

15:26

13

8

Keşlə

15

3

4

8

13:23

13

Bombardirlər

Mahir Emreli (Qarabağ) - 11. Namiq Ələsgərov (Neftçi) - 10. Filip Ozobiç (Qarabağ), Əli Qurbani (Sumqayıt) - 7. Kvabena Ovusu (Qarabağ), Davit Volkov (Zirə) - 6. Ağabala Ramazanov (Zirə), Kevin Kubemba (Sabah) - 5.

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər