"Qəbələ" "Monako" və "Benfika" ilə necə oynadı?

"Qəbələ" "Monako" və "Benfika" ilə necə oynadı?

"Qəbələ”nin 17 yaşadək futbolçulardan ibarət komandasının iştirak etdiyi "Snaf Mondial Cup”da qrup mərhələsinin oyunları keçirilib.

 

 

 

Fanat.Az-ın məlumatına görə, Fransanın San Nazer şəhərində təşkil olunan yarışda mübarizə aparan 16 komanda 4 qrupda dairəvi sistemlə qüvvəsini sınayıb.

 

A qrupunda çıxış edən "qırmızı-qaralar” üç oyun keçirib. Zaur Hacıyevin baş məşqçisi olduğu qəbələlilər"Monako”ya 0:3, "Anje” (hər ikisi Fransa) və "Benfika”ya (Portuqaliya) eyni – 0:1 hesabı ilə yenilib.

 

Komanda qrup mərhələsini dördüncü yerdə tamamlayıb. "Qəbələ” 9-16-cı yerlər uğrunda olimpiya sistemi ilə mübarizə aparacaq.

 

"Qırmızı-qaralar”ın buradakı rəqibləri Fransa təmsilçiləri "Tuluza”, "Monako”, "Snaf”, "Brest”, "Vertu”, Serbiyanın "Zvezda” və Meksikanın "Amerika” klubları olacaq.

 

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər