"Qəbələ" futbol akademiyasına seçim elan etdi

"Qəbələ" futbol akademiyasına seçim elan etdi

"Qəbələ” Futbol Akademiyası aşağı yaş qruplarına yay seçimləri elan edir.

 

 

Fanat.Az xəbər verir ki, seçimlər Qəbələ şəhər stadionunda mayın 25-də 2002-2010-cu il təvəllüdlü futbolçular arasında keçiriləcək.

Seçimlərdə iştirak etmək istəyən futbolçular qeydiyyatdan keçmək üçün aşağıda göstərilən əlaqə nömrəsinə və ya email ünvanına adını, soyadını və doğum tarixini göndərməli, seçimlərə gələrkən şəhadətnamə və ya şəxsiyyət vəsiqələrinin surətini gətirməlidirlər.

Tel: 050 290 00 63, 055 511 39 65

Email: [email protected]

 

 

Seçim tarixi:

Qəbələ Şəhər Stadionu

25 may – 2002, 2003, 2004, 2005, 2006, 2007, 2008, 2009, 2010-cu il təvəllüdlü futbolçular

 

 

Seçimlər saat 09:30-da başlayacaq. Xatırladaq ki, ilkin seçim mərhələsində göstərilən təvəllüdlərə uyğun istənilən şəxs iştirak edə bilər.

Sən də özündə futbolçu istedadı hiss edirsənsə, seçimlərə qatıl. Qələbəyə "Qəbələ” ilə addımla!!!

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər