"Qəbələ" daha bir yerli futbolçusu ilə vidalaşdı

"Qəbələ" daha bir yerli futbolçusu ilə vidalaşdı
"Qəbələ" daha bir yerli futbolçusu ilə yollarını ayırıb. 
Fanat.Az əyalət təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Urfan Abbasovla başa çatan müqavilə yenilənməyib. 
27 yaşlı müdafiəçi 2011/12 mövsümündən bölgə komandasında çıxış edir. O, bu müddətdə 220 matçda meydana çıxıb və üç dəfə fərlənib. Abbasov Premyer Liqada 177, kubokda 28, Avropa Liqasında 15 matça çıxıb. O, "Qəbələ”də keçirdiyi 8 mövsümdə Premyer Liqanın beş mükafatını qazanıb. Müdafiəçi 2016/17 və 2017/18 mövsümlərində gümüş, 2013/14, 2014/15 və 2015/16 mövsümlərində bürünc medala yiyələnib. Abbasov 2018/19 mövsümündə Azərbaycan kubokunun qalibi, 2013/14, 2016/17 və 2017/18 mövsümlərində finalçısı olub. 
Qeyd edək ki, "Qəbələ" daha öncə kapitanı Cavid Hüseynov və Elvin Camalovla da yollarını ayırıb. 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər