"Qəbələ" bolqarlarla "sülh"ə razılaşdı

"Qəbələ" bolqarlarla "sülh"ə razılaşdı
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qəbələ" növbəti yoxlama matçını keçirib.
Fanat.Az xəbər verir ki, Elmar Baxşıyevın baş məşqçi olduğu kollektiv Bolqarıstanın "Etar" klubu ilə üz-üzə gəlib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.
Qeyd edək ki, ilk matçda Macarıstanın MTK klubuna 0:3 hesabı ilə uduzan "Qəbələ" ardından Rusiya təmsilçisi "Çayka"nı 3 cavabsız qolla məğlub edib. Təmsilçimiz ayın 25-də Rumıniyanın "Konkordiya” klubu ilə qarşılaşacaq.
 
Yoxlama oyunu
Qəbələ (Azərbaycan) - Etar (Bolqarıstan) 0:0
Qəbələ: Tərlan Əhmədli, Asif Məmmədov, Sadiq Quliyev, Klesio Bauk, Amin Seydiyev, İvitsa Juniç, Qismət Alıyev, Ülvi İskəndərov, Yusif Nəbiyev, Yaovi Akakpo, Caio Manoel.
"Karvansaray” otelinin meydançası.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər