"Qəbələ" "Atletik"in sabiq qapıçısını transfer etdi

"Qəbələ" "Atletik"in sabiq qapıçısını transfer etdi
2021-2022-ci illər mövsümünün hazırlıqlarını davam etdirən "Qəbələ” heyətinə yeni futbolçu qatıb. 
Fanat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Qırmızı-qaralar” yay fasiləsində ilk legioner transferini reallaşdırıb. Kamerunlu qapıçı Kristof Atanqana-Assimba ilə 2 illik müqavilə imzalanıb.
İspaniya vətəndaşlığı da olan 21 yaşlı qolkiper peşəkar karyerasını bu ölkənin klublarında keçirib. Kristof Bilbao "Atletik”i, "Baskoniya”, "Leyoa”, "Somorrostro”, "Arenas de Qetxo” klublarının formasını geyinib.
"Qəbələ” Atanqana-Assimbaya qədər Urfan Abbasov, Məqsəd İsayev və Nicat Mehbalıyevı heyətinə qatıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər