"Qəbələ" afrikalı legioneri ilə yolları ayırdı

"Qəbələ" afrikalı legioneri ilə yolları ayırdı
"Qəbələ" klubu kot d ivuarlı futbolçu Kristian Kuaku ilə yollarını ayırıb.
Bu barədə "Report"a əyalət təmsilçisinin baş meneceri Zaur Əzizov məlumat verib. Onun sözlərinə görə, 28 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, cari mövsümün əvvəlində Çexiyanın "Karvina" klubundan transfer olunan Kristian Kuaku ilə 1+1 illik müqavilə bağlanmışdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər