"Qəbələ" 11 oyundur "Qarabağ"a qalib gələ bilmir

"Qəbələ" 11 oyundur "Qarabağ"a qalib gələ bilmir
Sabah Azərbaycan Premyer Liqasında XXIV turun oyunları keçiriləcək.
Fanat.Az xəbər verir ki, bu turda lider "Qarabağ" səfərdə "Qəbələ" ilə qarşılaşacaq. Bu komandalar arasında Premyer Liqada 50-ci oyun olacaq.
İndiyədək baş tutan 49 oyunda "Qarabağ"ın böyük üstünlüyü var. Belə ki, Ağdam klubu 25, "Qəbələ" 10 qələbə qazanıb. 14 oyunda qalib müəyyənləşməyib. "Qarabağ"ın 71 qoluna "Qəbələ" 42 dəfə cavab verib.
"Qəbələ" son 11 oyunda qalib gələ bilməyib. "Qarabağ" isə son 10 görüşdə meydanı qolsuz tərk etməyib.
 
"Qəbələ" 11 oyundur "Qarabağ"a qalib gələ bilmir
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər