İdmanın şahı hesab olunan futbolda oyunçulara ödənilən transfer haqqı hər ötən gün bir az da artır. Klublar yüksək məbləğlər ödədikləri futbolçulardan bəzən böyük pullar qazanır, bəzən isə yüksək məbləğdə ziyana düşürlər. Həmin oyunları satan klublar isə milyonlar qazanır...
"Real" ingilisləri yaşadır
Futbolçu satışından ən çox qazanan klubların siyahısında ilk iki pilləni İngiltərə təmsilçiləri tutur. Klublarına ən çox xeyir verən futbolçuların siyahısındakı ilk beş oyunçunu isə "Real" transfer edib.
Satışından klubuna ən çox pul qazandıran futbolçu 100 milyon avroya "Tottenhem"dən "Real"a keçən Qaret Beyl olub. İngiltərə təmsilçisi onu 2007-ci ildə Sautqempton"dan 14,7 milyon avroya transfer etmişdi. "Tottenhem" 6 mövsüm heyətində saxladığı uelsli ulduzu aldığı qiymətin təxminən 6 qat artığına "Real"a sataraq 85.3 milyon avro qazanıb.
Transferdən ən çox qazanan klublar siyasında ikinci sıranı "Mançester Yunayted" tutur. Premyer Liqa klubu 2003-cü ildə "Sportinq"dən 17.5 milyon avroya aldığı Kriştiano Ronaldonu 2009-da "Real"a 94 milyon avroya sataraq 76.5 milyon qazanmışdı.
| Klublarına ən çox xeyir verən futbolçular | |||||
| 1 | 2 | 3 | 4 | 5 | 6 |
| Qaret Beyl | Tottenhem | Real | 14.7 | 100 | 83.5 |
| Kriştiano Ronaldo | Mançester Y | Real | 17.5 | 94 | 76.5 |
| Zinəddin Zidan | Yuventus | Real | 3.5 | 73.5 | 70 |
| Luiş Fiqu | Barselona | Real | 2.5 | 67.5 | 65 |
| Kaka | Milan | Real | 8.25 | 65 | 56.75 |
| Edinson Kavani | Napoli | PSJ | 12 | 64.5 | 52.5 |
| Ernan Krespo | Parma | Latsio | 4 | 55 | 51 |
| Zlatan İbrahimoviç | İnter | Barselona | 24.8 | 69.5 | 44.7 |
| Radamel Falkao | Portu | Atletiko | 5.4 | 47 | 41.6 |
| Pavel Nedved | Latsio | Yuventus | 3.5 | 41.2 | 37.7 |
| 1 – futbolçu, 2 - satan klub, 3 – alan klub, 4 – alındığı məbləğ (mln. avro), 5 – satıldığı məbləğ (mln. avro), 6 – xeyir (mln. avro) | |||||
"Real" və "Barselona" hamıdan öndə
Klubuna pul qazandıran klublar kimi ziyana salanlar da yetərincədi. Böyük məbləğlər qarşısında transfer olunub gözlənilən oyunu sərgiləyə bilməyən futbolçular bəzən çox cüzü pulun qarşısında başqa kluba keçir.
Bu mənada Kaka hamıdan fərqlənir. "Real"a 65 milyon arvroya "Milan"dan keçən braziliyalı 4 mövsümdə 120 oyuna çıxıb 29 qola imza atdı və bu yay keçmiş komandasına transfer haqqı ödənmədən döndü.
"Barselona" Lionel Messinin yanına bir "qol maşını" gətirmək üçün Zlatan İbrahimoviçi 2009-cu ildə "İnter"dən 69.5 milyon avroya transfer etmişdi. Lakin Kataloniyada heç cür özünə bənzəməyən İbra bir mövsüm sonra "Milan"a icarəyə verildi və daha sonra İtaliya təmsilçisinə 24 milyon avroya satıldı. "Barsa" bu transferə görə 45.5 milyon avro ziyana düşdü. İbrahimoviç həm də transferinə görə ən çox qazandıran futbolçular arasında da ilk onluğa düşərək maraqlı statistikaya imza atıb.
| Klublarına ən çoxziyanverənfutbolçular | |||||
| 1 | 2 | 3 | 4 | 5 | 6 |
| Kaka | 65 | Real | 0 | Milan | 65 |
| Zlatan İbrahimoviç | 69.5 | Barselona | 24 | Milan | 45.5 |
| David Vilya | 40 | Barselona | 2.1 | Atletiko | 3.9 |
| Ronaldo | 45 | Real | 7.5 | Milan | 37.5 |
| Lilian Türam | 41.5 | Yuventus | 5 | Barselona | 36.5 |
| Dimitar Berbatov | 38 | Mançester Y | 5 | Fulhem | 33 |
| Robinyo | 43 | Mançester S | 18 | Milan | 25 |
| Andi Karroll | 41 | Liverpul | 17.5 | Vest Hem | 23.5 |
| Antonio Kassano | 28.5 | Roma | 5.5 | Real | 23 |
| Emmanuel Adebayor | 29 | Mançester S | 6.4 | Tottenhem | 22.6 |
| 1 – futbolçu, 2 - alındığı məbləğ (mln. avro), 3 – alan klub, 4 – satıldığı məbləğ (mln. avro), 5 – alan, 6 – zərər (mln. avro) | |||||