"Qaradağ Lökbatan", "Kəpəz", "Araz-Naxçıvan" və "Sumqayıt" növbəti mərhələdə

"Qaradağ Lökbatan", "Kəpəz", "Araz-Naxçıvan" və "Sumqayıt" növbəti mərhələdə

Azərbaycan Kubokunda II təsnifat mərhələsinin görüşləri davam edir. Fanat.Az xəbər verir ki, bu gün daha 4 matç keçirilib. “Şahdağ Qusar”ı minimal hesabla üstələyən “Qaradağ Lökbatan” növbəti mərhələyə adlayıb. I Liqa təmsilçisi 1/8 finalda "Neftçi"yə rəqib olub. Premyer Liqa təmsilçisi “Kəpəz” isə II Liqanın lideri “Baku Sportinq”i əlavə vaxtda vurduğu qollarla üstələyə bilib. Qərb təmsilçisinin növbəti rəqibi "Sabah" olacaq.  Digər Premyer Liqa təmsilçilərinə gəlincə, “Araz-Naxçıvan” “Kür-Araz”a şans verməyərək 1/8-ə adlayıb. Azər Bağırovun komandasının növbəti mərhələdəki rəqibi "İrəvan" olacaq. Bu günə "Lerik" - “Sumqayıt” matçı ilə yekun vurulub. Sumqayıt təmsilçisi də rəqibinə 6 cavabsız qolla qalib gələrək növbəti mərhələyə yüksəlib. Bu komandanı növbəti mərhələdə "Karvan"la duel gözləyir. Qeyd edək ki, II təsnifat mərhələsinin dünən keçirilən 4 oyunundan sonra “Səbail”, “Turan Tovuz”, “Karvan” və “İrəvan” adlarını 1/8 finala yazdırıb. Mərhələyə sabah baş tutacaq 2 matçla (“Zaqatala” – Şamaxı” və “İmişli” – “Mingəçevir”) yekun vurulacaq. Azərbaycan Kuboku II təsnifat mərhələsi 29 noyabr “Şahdağ Qusar” – “Qaradağ Lökbatan” 0:1 Qol: Sultan Mustafayev, 60. Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Samir Qaracayev, İslam Məmmədov Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: Azər Əsgərov Şamaxı OİK stadionu (canlı, “AzPFL”) “Kəpəz” – “Baku Sportinq” 2:0 Qollar: Nemət Musayev, 99, Martins Junior, 107. Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov Hakim-inspektor: Zöhrab Qədiyev AFFA nümayəndəsi: Nəriman Axundov Tovuz şəhər stadionu (canlı, “CBC Sport”) “Kür-Araz” – “Araz-Naxçıvan” 1:6 Qollar: Ramazan Abbasov, 52 - Məhəmməd Kadiri, 21, Nicat Süleymanov, 47, 87, 90+2. Orxan Əliyev, 65, 88.  Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Vüqar Bayramov, Emin Əliyev Hakim-inspektor: Babək Quliyev AFFA nümayəndəsi: Kifayət Mustafayeva “Dalğa Arena” (canlı, “AzPFL”) “Lerik” – “Sumqayıt” 0:6 Qollar: Rövlan Muradov, 19. Sənan Muradlı, 41. Erik Sorqa, 54. Kamran Quliyev, 68; 80. Nihad Əhmədzadə, 77-pen. Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Orxan İbişov, Səbuhi Bayramov Hakim-inspektor: Vüsal Əliyev AFFA nümayəndəsi: Elgiz Abbasov “Kapital Bank Arena” (canlı, “CBC Sport”)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər