“Qarabağ”la “Sumqayıt”ın potensial rəqibləri bəllidir

“Qarabağ”la “Sumqayıt”ın potensial rəqibləri bəllidir
UEFA Konfrans Liqasının ilk iki mərhələsində iştirak edəcək 82 komanda müəyyənləşib. 
Fanat.Az xəbər verir ki,  I təsnifat mərhələsinin 47, ikincinin 35 iştirakçısı dəqiqləşib. İlk dəfə keçiriləcək turnirə ilk mərhələdən başlayacaq komandalardan 17-si səpələnmiş, 15-i səpələnməmişlər sırasındadır. Digər klubların hansı səbətdə yer alacağı hələ dəqiqləşməyib.
Azərbaycan təmsilçiləri yarışa II mərhələdən başlayacaq. Onlardan ikisi artıq bəllidi. "Qarabağ”la "Sumqayıt”ın hansı səbətdə olacağı hələ tam rəsmiləşməyib.
Bununla belə, reytinqinə əsasən 82 komanda arasında üçüncü olan "Qarabağ” böyük ehtimalla, səpələnmişlər arasında yer alacaq.  "Sumqayıt”ın isə hansı səbətdə yer alacağı digər komandalardan asılıdır.
Konfrans Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər: "Dandolk” (İrlandiya), "Suduva” (Litva), TNS (Uels), "Spartak” (Slovakiya), "Olimpiya” (Sloveniya), "Klaksvik” (Farer adaları), "KuPS” (Finlandiya), "Hafnarfyordur”, "Styarnan” (hər ikisi İslandiya), "Sutyeska” (Monteneqro), "Europa” (Cəbəllütariq), "Liepaya” (Latviya), "Hibernians” (Malta), "Levadiya” (Estoniya), (İslandiya), "Fehervar”, "Uypeşt”, "Puşkaş Akademiyası (hamısı Macarıstan)
Qeyri-müəyyənlər: "Slaşk” (Polşa), "Sileks”, "Şkupi” (hər ikisi Şimali Makedoniya), "Petrokub” (Moldova), "Runavik” (Farer adaları), "Jilina” (Slovakiya), "Bala Taun” (Uels), "Qzira” (Malta), "Breydablik” (İslandiya), "Sent Cozef” (Cəbəllütariq), "Milsami” (Moldova), "Panevejis”, "Jalgiris” (hər ikisi Litva), RFS (Latviya), "İnter” (Finlandiya)  
Səpələnməmişlər: "Bohemians”, "Sliqo Rovers” (hər ikisi İrlandiya), "Struqa” (Şimali Makedoniya), "Sfantul” (Moldova), "Birkirkara” (Malta), "Valmiera” (Latviya), "Qaqra”, "Dila” "Dinamo” Batumi (hər üçü Gürcüstan), "Honka” (Finlandiya), "Llapi” (Kosovo), "Mons” (Cəbəllütariq), "Payde” (Estoniya), "Deçiç”, "Podqoritsa” (hər ikisi Monteneqro)
II təsnifat mərhələsi: "Bazel”, "Servett” (İsveçrə), "Astana”, "Tobol”, "Şaxtyor”  (hamısı Qazaxıstan), "Qarabağ”, "Sumqayıt” (Azərbaycan), "Styaua” (Rumıniya), PAOK, AEK, "Aris” (hamısı Yunanıstan), "Partizan”, "Çukariçki”, "Voyvodina”  (hamısı Serbiya), BATE, Torpedo, (hər ikisi Belarus), "Molde”, "Rusenborq”, "Valerenqa”  (hamısı Norveç), "Apollon” (Kipr), "Santa Klara” (Portuqaliya), MOİK (Bolqarıstan), "Soçi” (Rusiya), "Aberdin” (Şotlandiya), "Vorskla” (Ukrayna), "Sivasspor” (Türkiyə), "Osiyek” (Xorvatiya), AEL (Kipr), "Slovaçko” (Çexiya), "Dunayska Ştreda” (Slovakiya), "Haken”, "Elfsborq” (hər ikisi İsveç), "Lokomotiv” (Plovdiv, Bolqarıstan), "Rakov”, "Poqon” (hər ikisi Polşa).
İlk iki mərhələnin püşkatma mərasimi iyunun 15-16-da keçiriləcək.
 
Fanat.Az
 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər