Əvəzedicilər Liqasında 2-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.
“Qarabağ”ın əvəzediciləri “Turan Tovuz”un ikinci komandası ilə ev oyununda 3 cavabsız qolla qalib gəliblər. “Sumqayıt” və “Sabah”ın əvəzediciləri arasındakı 7 qolluq matç isə qonaqların qələbəsiylə yekunlaşıb.
Əvəzedicilər Liqası 2-ci tur 13 avqust
“Araz-Naxçıvan-2” – “Qəbələ-2” 2:6 Qollar: Bayraməli Qurbanov, 72-pen. Rauf Ağasənov, 90 – Hüseyn Mürsəlov, 33; 61. Sənan Ağalarov, 39; 45+1. Xəyyam Məmmədli, 74; 90. Binə qəsəbə stadionu, 17:00.
“Zirə-2” – “Kəpəz-2” 1:0 Qol: Tuncay Hacıyev, 61-pen. Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 18:00.
14 avqust
“Qarabağ-2” – “Turan Tovuz-2” 3:0 Qollar: Emil Binyətzadə, 43. Rauf Məhərrəmov, 87. Eltun Babazadə, 89. Binə qəsəbə stadionu, 17:00.
“Sumqayıt-2” – “Sabah-2” 2:5 Qollar: Əjdər Hacılı, 23. Tural Axverdiyev, 76 - Oluvaseun Timilehin, 14; 46. Şahmar Aşurov, 33. Nicat Quliyev, 90+4. Sənan Ağayev, 90+6. “Sumqayıt Arena” (ehtiyat meydança), 17:00.
15 avqust
“Neftçi-2” – “Səbail-2” “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 17:00.