"Neftçi"nin baş məşqçisi Adrian Mutu Premyer Liqanın IX turunda "Qarabağ"la oyundan əvvəl fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, rumıniyalı mütəxəssis klubun televiziyasına açıqlamasında belə deyib:
"Qarabağ"la oyuna hazırıq. Məşqlər yaxşı gedir. Bizi necə oyunun gözlədiyini bilirik. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Komandada bəzi oyunçular var ki, onlardan gözləntilərimiz böyükdür, daha faydalı ola bilərlər. Bunun üçün vaxt lazımdır.
Eddi İsrafilov bir neçə dəqiqə oynaya bilər. Bu görüşə tam hazır olmasa da, fasilədən sonra tam qayıdacaq. O, bizim üçün vacib oyunçudur və ona böyük hörmətim var. "Qarabağ"la oyunda əlimizdən gələnin maksimumunu etməyə çalışacağıq. İnanıram ki, azarkeşlər də öz dəstəyini göstərəcək".