"Qarabağ"ın rəqibindən Bakı səfəri öncəsi jest

"Qarabağ"ın rəqibindən Bakı səfəri öncəsi jest

UEFA Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”la qarşılaşacaq “Bayer” azarkeşlərinə jest edib. 

Fanat.Az xəbər verir ki, Leverkuzen təmsilçisi sadiq fanatlarının çarter reysi ilə Bakıya səfərlərini təşkil edəcək. 

Qonaq komandanın fanatları üçün ayrılan hər biri 16 avroluq matç bileti də rəhbərlik tərəfindən hədiyyə ediləcək.

Qeyd edək ki, sabah, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer” oyunu saat 21:45-də başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər