“Qarabağ”ın oyununa bilet satışına sabah start veriləcək

“Qarabağ”ın oyununa bilet satışına sabah start veriləcək

Azərbaycan Premyer Liqasının 28-ci turunda keçiriləcək “Kəpəz” – “Qarabağ” qarşılaşmasının biletləri sabah saat 12:00-dan etibarən iticket.az-da satışa çıxarılacaq.

Fanat.Az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

Biletlər sabah iticket.az-da onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər