“Qarabağ”ın futbolçusu həftənin rəmzi komandasında

“Qarabağ”ın futbolçusu həftənin rəmzi komandasında

Avropa Liqasının pley-off mərhələsində cavab oyunları üçün "həftənin komandası" müəyyənləşib.

Fanat.Az xəbər verir ki, “Sofascore”-nin açıqladığı “11-lik”də “Qarabağ”ın bir futbolçusu da yer alıb.

Belə ki, Portuqaliyanın “Braqa” klubuna qarşı keçirilən oyundan sonra yarımmüdafiəçi Marko Yankoviç ən yaxşılar arasında göstərilib. Monteneqrolu rəmzi komandada yer alan ən yaxşı 4 yarımmüdafiəçidən biri olub.

Azərbaycan çempionunun rəqibi “Braqa”nın isə 2 üzvü rəmzi komandaya düşüb.

Qapıçı: David von Ballmus (“Yanq Boyz”) Müdafiəçilər: Teo Ernendes (“Milan”), Nikolas Otamendi (“Benfika”), David Hançko (“Feyenord”) Yarımmüdafiəçilər: Marko Yankoviç (“Qarabağ”), Angelo Presiado (“Sparta”), Alvaro Calo (“Braqa”), Bencamin Burijo (“Renn”) Hücumçu: Rocer Fernandes (“Braqa”), İndrit Tuçi (“Sparta”), Roland Şallai (“Frayburq”).

Qeyd edək ki, “Qarabağ” Bakıda 2:3 hesabı ilə məğlub olsa da, ilk görüşdəki 4:2 hesablı qələbə sayəsində 1/8 finala adlayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər