"Qarabağ"ın 3 futbolçusu rəmzi "11-lik"də

"Qarabağ"ın 3 futbolçusu rəmzi "11-lik"də

UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunlarına əsasən rəmzi komanda müəyyənləşdirilib.

Fanat.Az xəbər verir ki, "Sofascore” statistika şirkətinin tərtib etdiyi rəmzi “11-lik”də “Qarabağ”ın 3 futbolçusu yer alıb.

Andrey Lunyov, yarımmüdafiəçilər Marko Yankoviç və Abdullah Zubir "Qarabağ"ın “Braqa”nı səfərdə 4:2 hesabı ilə məğlub etdiyi qarşılaşmadakı performansa əsasən fərqləndirilib. Lunyovun çıxışı 7,9, Yankoviçdə 8,0, Zubirdə isə 9,0 xalla qiymətləndirilib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər