"Qarabağ"a qarşı inamsız oynayırdıq" - "Sumqayıt"ın yaponu 0:5-in səbəbini nədə görür?

"Qarabağ"a qarşı inamsız oynayırdıq" - "Sumqayıt"ın yaponu 0:5-in səbəbini nədə görür?

Misli Premyer Liqasının 8-ci turunda "Sumqayıt" son çempion "Qarabağ"ın qonağı oldu. Görüş "kimyaçılar"ın 0:5 hesablı məğlubiyyəti ilə yekunlaşdı. "Sumqayıt" ın ötən mövsüm sıralarına cəlb etdiyi yaponiyalı yarımmüdafiəçi Murata Masaki ilə əlaqə saxlayıb son oyunundakı məğlubiyyət barədə fikirlərini öyrəndik və geridə qalan müddətdə kluba nə dərəcədə uyğunlaşa bildiyini soruşduq.

"71 nömrə"nin Fanat.Az-a açıqlaması belə oldu:

"Məncə, onlar hazırda ölkənin ən yaxşı komandasıdır. Oyunu ehtiyat oyunçular skamyasından izləyirdim. Onlar hər şeydə daha yaxşı idilər. İnamsız oynayırdıq. Bu, yalnız rəqibin təzyiqindən irəli gəlmirdi. Biz bir komanda olmalı və bir-birimizə güvənməli, bir-birimizə kömək etməliyik. "Qarabağ"la oyunda belə deyildi. 

Hələ çox şey öyrəndiyimi deyə bilmərəm. Hər gün nəyisə öyrənməli və daha çox inkişaf etməliyəm".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər