“Qarabağ” - “Sumqayıt” matçının biletləri satışa çıxarılır

“Qarabağ” - “Sumqayıt” matçının biletləri satışa çıxarılır

Azərbaycan Premyer Liqasının 35-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Sumqayıt” qarşılaşmasının biletləri bu gün saat 15:00-dan etibarən onlayn şəkildə satışa çıxarılıb.

Fanat.Az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.

Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.

Biletlər sabah @iticket.az-da onlayn, həmçinin “Azersun Arena”nın kassasında da satışda olacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər