"Qarabağ" "Sabah"a niyə təşəkkür etdi? - Klubdan açıqlama

"Qarabağ" "Sabah"a niyə təşəkkür etdi? - Klubdan açıqlama

"Qarabağ"ın "Qalatasaray"la Bakıda keçirdiyi xeyriyyə matçından (1:2) əldə olunan vəsaitin məbləği müəyyənləşib.

Bu barədə ötən gün Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Görüşün gəlirləri 1 090 455 manat (təqribən 12 336 000 türk lirəsi) təşkil edib. Məbləğ qardaş ölkədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə göndəriləcək. Vəsaitin bir hissəsi isə (oyunun Türkiyədəki yayım hüququndan gələn və oradan verilmiş reklam gəlirləri) İstanbul təmsilçisi tərəfindən açılmış yardım hesabına köçürüləcək.

"Qarabağ" "Sabah"a niyə təşəkkür etdi? - Klubdan açıqlama

"Qarabağ" klubu sosial şəbəkə hesabı üzərindən etdiyi paylaşımda dəstək olan bir sıra şirkətlərə təşəkkür edib. Maraqlıdır, minnətdarlıq bildirilirən şirkətlər sırasında "Sabah" Futbol Klubunun da adı yer alıb. 

"Qarabağ" "Sabah"a niyə təşəkkür etdi? - Klubdan açıqlama

"Qarabağ"ın "Sabah"a təşəkkür etməsi sosial şəbəkədə marağa səbəb olub. Məsələni dəqiqləşdirmək üçün "Qarabağ"a müraciət etdik. Klubun mətbuat katibi Gündüz Abbaszadə Fanat.Az-a açıqlamasında səbəbi belə izah edib: 

"Ötən gün yığılan məbləği açıqladıq. Bir daha fürsətdən istifadə edib xeyriyyə matçında bizə dəstək olan azarkeşlərimizə, eləcə də bütün şirkətlərə təşəkkürümüzü bildiririk. 

Sosial şəbəkədə paylaşdığımız fotoda minnətdarlıq etdiyimiz şirkətlər arasında "Sabah" Futbol Klubunun olmasın suallar doğurdü. Əslində bunu açıqlamaq istəmirdik. Çünki "Sabah" klubu açıqlanmasının tərəfdarı deyildi. Amma biz onlara da təşəkkür etməyi özümüzə borc bildik. Xeyriyyə matçından əvvəl "Sabah" tərəfi bizimlə əlaqə saxlayaraq dəstək olmaq istədiklərini bildirdilər. Bu matçdan əldə edilən gəlirin üzərində 20 min manat pul yardımı etdilər. Bu da kifayət qədər ciddi rəqəmdir. Fürsətdən istifadə edib "Sabah" Futbol Klubunun rəhbərliyinə, kollektivinə bir daha təşəkkürümüzü bildiririk. 

Biz istədik ki, ictimaiyyətin də bundan xəbəri olsun. Beləcə həm onların təşəbbüsünə görə də təşəkkür etmiş olarıq, həm də "Sabah" Futbol Klubunun bu addımı nümunə olar". 

Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçirilmiş "Qarabağ" - "Qalatasaray" matçı qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər