“Qarabağ” – “Sabah” matçının biletləri oyun günü satışda olacaq

“Qarabağ” – “Sabah” matçının biletləri oyun günü satışda olacaq

Misli Premyer Liqasının VI turunda keçiriləcək “Qarabağ” – “Sabah” qarşılaşmasının biletləri sentyabrın 11-də satışa çıxarılacaq.

Fanat.Az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, bilet satışı saat 11:00-dan oyun başlayanadək davam edəcək.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.

Biletləri yalnız “Azersun Arena”nın kassalarından ala bilərsiniz.

Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər