Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunlarının təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, "Qarabağ" - "Neftçi" qarşılaşması FİFA referisi Əliyar Ağayevə tapşırılıb.
Qəbələdəki prinsipial görüşü isə Tural Qurbanov idarə edəcək.
Azərbaycan Kuboku Yarımfinal, cavab oyunları 24 aprel
17.00. “Qəbələ” – “Zirə” Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rauf Allahverdiyev. Hakim-inspektor: Rövşən Əhmədov. AFFA nümayəndəsi: Nəriman Axundov. Qəbələ şəhər stadionu
20.00. “Qarabağ” – “Neftçi” Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov. Hakim-inspektor: İmanxan Sultani. AFFA nümayəndəsi: Elgiz Abbasov. Tofiq Bəhramov adına Respublika stadionu