"Qarabağ" "Atletiko" və "Çelsi"yə qol vuran hücumçusunu satdı

"Qarabağ" "Atletiko" və "Çelsi"yə qol vuran hücumçusunu satdı
"Qarabağ” ukraynalı futbolçusu Yaroslav Dedanı Ukrayna klubuna satıb.
Fanat.Az xəbər verir ki, 19 yaşlı forvard "Karpati” klubuna keçib. Lvov təmsilçisi Deda ilə 3 illik müqavilə imzalayb. O, hələlik klubu gənclərdən ibarət komandada çıxış edəcək.
Qeyd edək ki, Deda 2017-ci ildə "Voln"dan "Qarabağ”a transfer olunmuşdu. Ağdam klubunun U-19 komandasında çıxış edən hücumçu UEFA Gənclər Liqasında 4 oyuna çıxıb və 3 qola imza atıb. O, bu qollardan ikisini "Atletiko”ya, birini isə "Çelsi”yə vurub.
 
"Qarabağ" "Atletiko" və "Çelsi"yə qol vuran hücumçusunu satdı
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər