Qara Qarayev "Neftçi"dən getdi

Qara Qarayev "Neftçi"dən getdi

"Neftçi" futbolçusu Qara Qarayevlə yollarını ayırıb.

Fanat.Az xəbər verir ki, bu barədə "Azərtac" məlumat yayıb.

Xəbərdə bildirilib ki, "ağ-qaralar" Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi ilə əməkdaşlığa son qoyublar. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qarayev paytaxt klubuna 2023-cü ilin yayında "Qarabağ"dan keçmişdi. O, ötən ay baş məşqçi Roman Qriqorçukun qərarı ilə əvəzedici komandaya göndərilmişdi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər