1-ci Liqa təmsilçisi "Mingəçevir" daha bir legioner transfer etməyə yaxındır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, qanalı Cona Attukeyedir.
25 yaşlı Attukeye əsasən sol cinah hücumçusu mövqeyində çıxış edir. O, ölkəsinin əsas millisində 6 oyun keçirib. Ön xətt oyunçusunun son iş yeri Latviyanın "Auda" klubu olub.
Xatırladaq ki, "Mingəçevir" son mövsümdə 1-ci Liqadakı mübarizəni 4-cü yerdə başa vurub. Aran təmsilçisi mövsüm yekunlaşandan sonra baş məşqçisi Füzuli Məmmədovla yollarını ayırıb. Onun yerini Ramiz Məmmədov tutub.
Mirağa